gallery/240px-crystal_clear_app_ktip.svg

ELEKTRIKCI.AZ

gallery/images

Bakı şəhərində elektrikçinin çağırılması

(+99450) 342-25-09

Elektrik işi çox bahadır ona görə çalışın elektikçini iş görüləcək yerə çağırın və obyektdə dəqiq görüləcək işin həcmini göstərdiktən sonra qiyməti soruşun. Və unudmayın ki qiymət çox aşağı olsa - deməli görülən işin keyfiyyətidə helə olacaq.

Əgər sizə yenədə bir toçkanın qiyməti maraqlıdırsa , sizə aşağıda bir mənzildə nəqədər toçka ola bilərsə yazıram ki , özünüzdə görəsiz ki toçka hesabı danışmaq sərf eləmir.

Çox vaxt biz qiyməti öyrənməyə tələsirik və bilmirik ki əvvəl elektrikçini çağırıb görəcəyi işi müzakirə eləmə sonra isə görüləcək işin qiymətini soruşmaq lazımdır.

İnandırım sizi,siz ancaq udmuş olacaqsınız, çünki işin tam həcmini nəqədər olduğunu bilməyən sənətkar sizə minimal ( yəni endirimli ) qiymət deyə bilməz və siz 1-ci və 2-ci ustanın qiymət fərqini tam olaraq dəqiq bilmiyəsiniz.

İş gedəcək yerdə görüləcək işin müzakirəsi sizə bir neçə üstünlük verir

     1) Hansı usta daha ucuz görər sizin işinizi,

     2) Müzakirə etdikdə ustanın bilik və bacarıqlarını təxminən olsada öyrənəsiniz

     3)bir neçə usta arasında seçiminiz olacaqsa, hansı sizin üçün daha çox yarayırsa müəyyən edə biləsiniz.

Burda mən sizə mənzillərdə ortadan yuxarı səviyyəli elektrik montajı görüləndə elektrik nöqtələrinin (toçkaların) sayının sayılmasını yazacam.

Və siz öz mənzilinizin işini görəndə burda yazılanları oxuyub nəzərdən keçirə bilərsiniz ki heçnə yaddan çıxmasın.

Və xahiş eliyirəm montaj işi görüləndə tək bugünü nəzərə almayın, ola bilsin ki bugün nədənsə istifadə eləmirsiniz amma bir müddət sonra buna ehtiyacınız olacaq.

Burda yazılanlarla bağlı hər hansı sualınız olarsa mənən disput.az saytına keçid alaraq soruşa bilərsiniz. Keçid üçün link:

https://www.disput.az/index.php?app=forums&module=forums&controller=topic&id=1197142&tab=comments#comment-35958935

Quraşdırdığımız avadanlığın solunda onun toçka hesabı neçə toçka olduğunu və sağ tərəfində onun üçün qoyulan avtomatın sayını yazacam.

 Mətbəxt

1 Paltar yuyan m.            1
1 Qab yuyan m.               1
1 plitə                               1
1 Duxovka.                       1
1 Mikravolnovka.             1
2 Stol üstü rozetka.         1
1 Soyuducu.                     1
1 Asperator.
3 Ümumi rozetkalar.        1
1 Kondisioner.                 1
2 Açar (Vıklyuçatel).        1
2 Çılçıraq.
1 Ümumi qutu.
1 ТV
1 İnternet 

 20 toçra

 10 avtomat

Otaq

2 Açar.              1

5 rozetkalar.     1
1 Kondisioner  1
2 Çılçıraq.  
1 Ümumi qutu.
1 ТV
1 İnternet 

 

 13 toçra

 3 avtomat

Hamam

2 rozetka/açar
1 Güzgü işığı
2 açar

1 ventilyator
4 spot

 

 10 toçka        

 1 avtomat(УЗО)

Dəhliz

3 Açar.                   1
1 Modem.                   1
4 Rozetka.                 1
1 Domofon.              1
2 Çılşıraq.      
1 Plafon bloka      

1 Ümumi qutu.
1 ТV qutusu
 

  14 nöqtə

    4 avtomat

 Elektrik panosunu (şiti) ayrı yazıram çünki içində olan hər bir avtomat ayrıca bir toçka hesablanır. Bunun üçün yuxarıdakı yazıların sağındakı rəqəmləri (Otaq yazılarını otaq sayına vurmaq şərti ilə) toplamalıyıq və onların üstünə ümumi avtomat + UZM relesi + UZO-lar + rubilniklər (əgər işıqların hissə hissə sönməyini istəyirsinizsə).

Yuxarıda yazdıqlarımı nəzərə alsaq biz belə bir formul əldə edirik 

66+16хК = toçkaların sayı.

К = otaqların sayına.