gallery/240px-crystal_clear_app_ktip.svg

ELEKTRIKCI.AZ

gallery/images

Bakı şəhərində elektrikçinin çağırılması

(+99450) 342-25-09

Elektrikçinin seçimin bir neçə yolun biz burda baxaq və siz öz seçiminizi edərkən pulunuzu nəyə

xərcləndiyini biləsiniz.

Əsas nəticədir və nəticə kimi biz tamamlanmış və keyfiyyətli işi əldə etməliyik.

1. Fəhlələr. 

     Burada mən biraz elektrik yanında fəhlə işləmiş və təzə təzə "ucuz" qiymətə işləməyə başlayan

    "ustaları" nəzərdən keçirəcəm. 

     Belə "ustaların" işi sizə çox baha başa gələ bilər çünki sizin işinizin "ucuz" görülməsində

     məqsədi odur ki , bu işdə təcrübə yığsın .

     Belə adama işinizi həvalə etməyiniz nəqədər düzgündürsə və nəticədə necə bir iş əldə edəcəksinizsə özünüz fikirləşin.

2. Bütün peşələrin mütəxəsisi.

     Belə ustaların çox sayda işlərin bacarmağı ( svarşik, elektrik, santexnik, malyar və s.) elektrik sahəsində tam və dolğun bilik

     və bacarığlı olması çox çətindi.

3. Tikinyi işləri görən işçilər

     Belə halda çox vaxt aralarında bir nəfərin elektrik işindən anlayışı olduğu üçün briqada şəklində elektrik işinizidə götürürlər. 

     Bu yuxarıda izah etdiyim iki haldan daha

     yararlıolsada nə dərəcədə tam, dəqiq və keyfiyyətli olacağı ancaq həmin ustanın bilik və təcrübəsindən asılıdır.

4. Boş vaxtı tapan mütəxəssis.

     Belə işin mənfi cəhəti göz qabağındadır. Bayram və istirahət günləri, işdən sonra (yəni axşamlar) görülən iş birinci növbədə

     qonşuların narahatçılığına səbəb olacaq. Və işin

     ucuz olmağı onun bitmə vaxtın uzanmağı ilə nəticələnəcək.

5.Elektrik işləri görən şirkət.

     Yuxarıda sadalananlardan ən yaxşısı olasada qiymət baxımından cox baha olacaq.

6. Elektrik ustası- ELEKTRİKÇİ

     Sadə dildə desək özü öz işini görən ustalar. Belə ustaların müsbət cəhətləri çox olur : İşində, təcrübə, keyfiyyət,

     effektivlik, zəmanət və s. Çünki onların reklamı gördukləri işin

     nəticəsidir. Mənfi cəhətdə odur ki belələrin sayı coxdu və heyifki mütəxəsis kimi çox azı seçilir. 

HANSI XÜSUSİYYƏTLƏRƏ FİKİR VERMƏK LAZIMDIR? 

      1. 7 ildən az olmayaraq  təcrübə.

      2. Gördüyü işlərin görüntüləri

      3.  Tam sayda alətlərin olması

      4. İşi barədə insanları rəyləri

      5. Təmizliyi. İşlədiyi yerin təmiz saxlaması.

      6. İşinə zəmanət.

      7. Qiymətlərin orta və ortadan yüksək olması.

Elektrikçini nece seçək?

 

gallery/гастарбайтер
gallery/8419_big

ELEKTRİK TƏHLÜKƏLƏRİ.

EVİNİZİN (MƏNZİLİNİZİN) AVADANLIGINIZIN TƏHLÜKƏSİZLİYİNİ NECƏ TƏMİN EDƏK?

Şəkildə göstərilən releni evinizə gələn gərginliyin qorunması məqsədi ilə işlədilir. 

Bunun üçün bir neçə yol olsada (stabilizator, transformator,ups və s.) aralarında ən qənaətlisidir.

Evinizə gələn gərginliyin hər hansı səbəbdən : neytralın itməsi, iki fazanın verilməsi, gərginliyin çox yüksəyə qalxması və ya cox aşağı düşməsi kimi hallar olduqda bu rele sizin avadanlıqlarınızı, xarab olmamış, xəttən ayıracaq 

gallery/1122ооо

QORUYUCU MÜDAFİƏ CİHAZI

 

Qoruyucu müdafiə cihazı (UZO) olduqca vacib funksiyaya malikdir. Cərəyanın sızması olduqda dərhal işə düşür və özünə qoşulmuş bütün xətləri şəbəkədən ayırır , beləliklə insanları təsadüfi elektrik cərəyanının vurmasından qoruyur. Bu həm müəssisələrdə, həm də evdə vacibdir. bu cür sızmalar naqilin izolyasiyasının zədələnməsi və ya yanğın hallarında baş verə bilər. Beləliklə, düzgün işləyən UZO-nun əhəmiyyəti açıqdır.
     Bu cihazın işlədiyindən əmin olmaq üçün müntəzəm olaraq onu yoxlamaq lazımdır. Yaxşı olar ki, sınaq dərhal quraşdırmadan sonra və ən azı ayda bir dəfə profilaktika üçün  həyata keçirilsin.
     Bu cihazın təhlükəsizlik söndürmə "TEST" düyməsi var,hansı ki nominal diferensial gərginlik səviyyəsində mövcud cərəyan sızıntılarını simulyasiya edir . Düyməni basmaq üçün xüsusi hazırlıq tələb etmir, bu prosedur hər kəs tərəfindən həyata keçirilə bilər.

gallery/87788778

 Yüklərin şəbəkədən müntəzəm olaraq ayrılıb qoşulması üçün bu cihazın istifadəsi tələb olunur. Çünkü hər panoda (şitdə) quraşdırılan avadanlıqlar , istər avtomat, UZO, difavtomat və ya gərginlik relesi bunun üçün nəzəre alınmayıb. Və siz yüklərin şəbəkədən ayrılması üçün bu cihazlardan istifadə etdikdə onların tez bir zamanda sıradan çıxmasına şəraət yaradırsız. Bunun üçün məsləhət görrərəm ki şəkildə göstərilən rubilnikdən istifadə edəsiniz.

 

 Yığdığım panolarda (şitlərdə) nümunə olaraq  bu cür cihazların istifadəsinə SƏRGİ səhvəsinə keçid alaraq baxa bilərsiniz.

RUBİLNİK 

ALÜMİNİUM və MİS HAQQINDA

Alüminium və mis naqillərini (şəkildə kimi) bir birinə

birləşdirmək (calamaq) OLMAZ

 

SƏBƏBLƏR : 

1.Temperaturdan deformasiyaya uğraması.

       Alüminium və misin istilik tutumları fərqlidir. Bu o deməktir ki, cərəyan məmbəyinə

       qoşulduqda onlar fərqli qızır, və ayırıldıqda fərqli soyuyurlar. Və nəticədə birləşmənin

       vaxtaşırı cərəyan məmbəyinə qoşulub ayırılması kontaktı boşaldır.

2.Oksidləşmə. 

        Zamanla alüminyum səthində zəif keçiricilik ilə fərqlənən nazik oksid təbəqə əmələ gəlir.Nəticədə müqavimət artır və istilik onunla birlikdə.

 

3. QALVANİK ELEMENT.    

      Mis və alüminium bir galvanik cütdür.Bu o deməktir ki bu metalar birləşdikdə, meydana gələn oksidlər yüklənmiş ionlara

      bölünəcək. Otaqda rütubət nə qədər yüksək olsa, proses daha aktiv olacaqdır. Elektroliz nəticəsində, bağlantının etibarı 

      azalacaq - ilk öncə boşluqların əmələ gəlməsi və daha sonradan  isitmə səbəbiylə.

gallery/01236321

ELEKTRİK MONTAJ İŞLƏRİ

 

Təmir işlərinin aparılmasında işin böyük və əsas hissəsi kabellərin çəkilməsidir. Əsaslı təmirlərin mənzil, ev, ofis və ya müəssisədə həyata keçirilməsinin əhəmiyyəti yoxdur, elektrik quraşdırma işinin əhəmiyyətini qiymətsizləndirmək olmaz.

Elektrik və elektrik kabelinə aid bütün işləri həyatın təhlükəsizliyi üçün kiçik bir riskə malik olmadığını nəzərə alaraq, elektrik işini təcrübəli bir elektrikçiyə həvalə etmək lazımdır. Elektrik montaj texnologiyasının lazımi standartlarına riayət edən peşəkar elektrikçi xidmətindən istifadə edin.

Öncədən elektrik işi çox asan görünə bilər - rozetləri və açar qoyaraq, naqilləri calayıb, lampanı yandıraraq istədiyiniz sonuca catdığınızı fikirləşərsiz. Amma əslində hər şey belədə asan deyil çünki savadlı mühəndis gələcəkdə işlənən avadanlığının cərəyanını hesablayaraq  həmin yükə uyğun naqillər, avtomat və qoruyucu quraşdırmalıdır. Ümumiyətlə kabelləşdirmə işini aparan elektrikçi obyekt və ya ev sahibini təmir işləri aparıldığı zamanı gundəmdə olan təhlükəsizlik releləri və gələcəktə işlənməkdə lazım ola biləcək açar və rozetləri barədə qabağcadan xəbər verməlidir.

Elektrik montaj işində məsləhət

                    Kabellərin çəkilməsi

 

                    Razetka və açarların yerləşdirilməsi

 

                    Kabel seçimi

 

gallery/a91770f377225007d3a1d84786528525